top of page

"Neftçi" bu 4 klubdan biri ilə düşəcək - Çempionlar Liqası

Azərbaycanı 2021/2022 mövsümündə Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

90plus.azxəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər sırasında yer alacaq Bakı təmsilçisi “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək. Qeyd edək ki, sabah İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

0 comments
bottom of page