top of page

“Neftçi”nin 2 azarkeşi həbs olundu!


“Neftçi”nin iki azarkeşi inzibati qaydada həbs olunub, daha ikisi isə cərimələnib.


90plus.az xəbər verir ki, “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən bu məlumat daxil olub:


Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol klubunun bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. Polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar. 

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib”.


Qeyd: “Neftçi” ötən gün Azərbaycan Premyer Liqasında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra bakılı azarkeşlər komandalarına qarşı etirazlarını bildiriblər.


Həmin etiraz görüntüləri linkdə:

0 comments
bottom of page