top of page

Nicat Abasovdan yenə heç-heçə!


Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində azərbaycanlı qrossmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə heç-heçə edib.


90plus.az xəbər verir ki, Abasov bu gün saat 22:30-da 10-cu turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.


28 yaşlı qrossmeysterimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.


Qeyd: Turnir aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

0 comments
bottom of page