top of page

"Qarabağ" - "Qalatasaray" oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

"Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix bəlli olub.


Ağdam klubundan 90plus.az - a verilən məlumata görə, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.


Qiymət müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.


Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu və iticket.az-dan əldə etmək mümkündür.


Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.



0 comments
bottom of page