top of page

Qətər mundialında daha bir ölüm hadisəsi

Qətərdəki dünya çempionatında bəzi oyunların keçirildiyi "Lusail" stadionunun mühafizəçisi faciəvi hadisə nəticəsində ölüb.


"Report" CNN-ə istinadən xəbər verir ki, adı Həməd adlı keniyalı işçi dekabrın 9-da hələlik istintaqa məlum olmayan şəraitdə yıxılaraq ciddi xəsarət alıb.


24 yaşlı mühafizəçi həkimlərin ilkin müdaxiləsindən sonra dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, 4 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.


Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.



0 comments
bottom of page