top of page

Robert Levandovski 2 həftə müddətinə yaşıl meydanlardan uzaq qalacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski zədələnib.


90plus.az Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.


Polşalı forvard martın 2-də səfərdə "Real Madrid"ə qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.


Levandovskinin martın 19-da La Liqanın XXVI turunda məhz "kral klubu" ilə görüşdə sıraya dönəcəyi gözlənilir.


Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 5-də olacaq.

0 comments
bottom of page