top of page

Sevgilisinin döydüyü azərbaycanlı Kikboksçu xanımın işi barədə rəsmi açıqlama var


Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın şiddətə məruz qalmasında cinayət tərkibinin olmaması müəyyən edilib.


90plus.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bu məlumatı verib.


O qeyd edib ki, vətəndaş Tulin Ələkbərovanın hüquqazidd hərəkətlərə məruz qalması ilə bağlı sosial şəbəkə üzərindən etdiyi müraciət ərazi polis orqanında icraata qəbul olunub. 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə keçirilən müvafiq ekspertizanın nəticələri alınıb, tərəflərin ərizə və izahatları qəbul edilib. Araşdırmalar nəticəsində əməldə cinayət tərkibinin olmaması müəyyən edilib.



Xatırlatma: Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən dekabrın 27-də səhər saatlarında yarımtikili ərazidə döyülüb. Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mübahisə yaranıb və danışıq qanlı dava ilə bitib.


Mənbə: Oxu.az

0 comments
bottom of page