top of page

Slovakiyanın baş məşqçisi: “Azərbaycan millisi ilə bağlı üzücü xatirələr var”


UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə rəqib olan Slovakiyanın baş məşqçisi Françesko Kaltsona püşkatmanı dəyərləndirərək millimizlə bağlı danışıb.


90plus.az xəbər verir ki, mütəxəssis

Slovakiya Futbol Federasiyasının saytına açqlamasında 2022-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə evdə uduzduqları (1:2) oyunu xatırladıb: 


"Azərbaycan millisi ilə bağlı üzücü xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu Azərbaycan millisi ilə keçirmişik və məğlub olmuşuq.

C Liqasında FİFA reytinqi ən yüksək olan İsveçdir. Bu komanda ilə son oyunda heç-heçə etmişik".


Xatırlatma: Azərbaycan millisi  C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. 

0 comments
bottom of page