top of page

"Sumqayıt" yeni qapıçı aldı

Bu mövsün ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb. 90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalanıb. Tərlan “Sumqayıt”da “1” nömrəli formanı geyinəcək. Qeyd edək ki, 2012-2017-ci illər arasında da "Sumqayıt"da çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.

0 comments
bottom of page