top of page

Kovaçiç: "Bu matçda hakim iki böyük səhv etdi"

Xorvatiya yığmasının yarımmüdafiəçisi Mateo Kovaçiç DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina ilə matçı barədə danışıb.


90plus.az “İndex”-ə istinadən xəbər verir ki, o, hakimlərin səhvə yol verdiyini bildirib:


“Belə durumda danışmaq mənim üçün çətindir. Məncə, penalti bizi məhv etdi. Mən heç vaxt hakimlərin işi haqda münasibət bildirməmişəm, amma bu matçda hakim iki böyük səhv etdi”.


Kovaçiç üçüncü yer uğrunda mübarizə aparacaqlarını vurğulayıb:


“Argentinanın aqressiv oynadığını və onların Lionel Messiyə sahib olduğunu bilirdik. O, əla çıxış etdi. İki gülünc qol buraxdıq və finala çıxa bilmədik. Biz finalı hədəfləmişdik. İndi güc toplamalı və üçüncü yer üçün mübarizə aparmalıyıq”.

Xorvatiya millisi DÇ-2022-nin yarımfinal mərhələsində Argentinaya uduzaraq (0:3), üçüncülük uğrunda keçiriləcək görüşə adını yazdırıb. Argentina isə finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.



0 comments
bottom of page