top of page

Zidanı “Bayern Münhen”ə deyirlər


Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan “Bayern Münhen”ə rəhbərlik edə bilər.


90plus.az xəbər verir ki, alman klubu fransız mütəxəssisi komandanın yeni baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirir.


"Bayern Münhen” artıq potensial əməkdaşlığı müzakirə etmək üçün Zidanın agenti ilə əlaqə saxlayıb.


Klubun hazırkı baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda komandanı tərk edəcəyi barədə daha əvvəl məlumat yayılmışdı. Cari Almaniya çempionatında keçirdiyi 29 oyundan sonra münhenlilər turnir cədvəlində lider “Bayer Leverkuzen”dən 13 xal geri qalaraq ikinci yerdədirlər.


Mənbə: Marca

0 comments
bottom of page