top of page

"Zirə" "Makkabi" ilə oyuna itki ilə çıxacaq




"Zirə" Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq.


90plus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.


O bildirib ki, müdafiəçi Ruslan Abışov son məşqdə zədələndiyi üçün görüşü buraxacaq: "Bir həftə, 10 gün komandadan ayrı qalacaq".


Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.

0 comments
bottom of page