top of page

Çempionlar Liqasının oyununda Xocalı soyqırımı ilə bağlı banner açılıb

İspaniyada "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (1:1) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar banner açılıb.


90plus.az xəbər verir ki, Çexiyada yaşayan azərbaycanlı futbol azarkeşi Fərid Əmrəliyev matçın oynanıldığı "Vanda Metropolitano" stadionunda "Xocalıya ədalət!" şüarının əks olunduğu poster nümayiş etdirib.


O, Xocalı soyqırımı həqiqətlərinə əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədilə bu addımı atıb. Stadion əməkdaşlarının posteri yığışdırmaqla bağlı israrlı təkidlərinə baxmayaraq, Əmrəliyev onun bir neçə dəqiqə ərzində görünməsinə nail olub.


Qeyd edək ki, Çexiya parlament səviyyəsində Xocalı soyqırımını tanıyan ölkələrdən biridir.

0 comments
bottom of page