top of page

Ülviyyədən şahmat üzrə Avropa Çempionatında 4 tur = 4 qələbə!


Yunanıstanda qadın şahmatçılar arasında şəxsi Avropa çempionatının 4-cü turunda Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb. 


90plus.az xəbər verir ki, hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da 4-cü turu qələbəylə başa vurub.


Maraqlı: 4 turdan sonra iki şahmatçı maksimum xalla liderliyi bölüşür: Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya.

Qeyd: Bu gün 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

0 comments
bottom of page