top of page

Ərdoğan final matçını Qətərdə izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək.


90plus.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan futbol üzrə dünya çempionatının bağlanış mərasimini izləyəcək.


Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.


"Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində İştirak etmək üçün Dohaya səfər edəcək", - deyə bildirilib.


Xatırladaq ki, Ərdoğan DÇ-2022-nin açılış mərasimində də iştirak edib.



0 comments
bottom of page