Püşklər atıldı: Millimizin mundialdakı rəqibləri bilindi
Bu il Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub.
90plus.az xəbər verir ki, tədbir zamanı Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığma A qrupunda Mavritaniya, Sloveniya və Bəhreyn komandalarına qarşı mübarizə aparacaq.
Turnir mayın 21-dən iyunun 1-dək Bakıda baş tutacaq.
Qeyd: Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən sayca beşinci dəfə təşkil olunan mundialın son qalibi Rumıniya millisi olub.
© Copyright 2026, All Rights Reserved