Rinqin əfsanəsi, “Böyük Corc”u dünyasını dəyişdi
Ağır çəkili boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.
90plus.az xəbər verir ki, onun ailəsindən biri ötən gecə İnstaqramda bu barədə paylaşım edib: "Qəlblərimiz qırıldı. Dindar bir insan, sədaqətli ər, mehriban atamız sarsılmaz imanı ilə seçildi, təvazökar və məqsədyönlü bir həyat yaşadı."
Rinqin "Böyük Corc"u haqqında ağırçəkili sabiq dünya çempionu Mayk Tayson yazır: "Onun boksa verdiyi töhfə heç vaxt unudulmayacaq".
Forman 10 yanvar 1949-cu ildə Texas ştatının Marşal şəhərində anadan olub və Amerikanın cənubunda tək ana tərəfindən altı bacı ilə birlikdə böyüyüb.
Sıxıntılar içində yaşayan ailənin tək oğlu məktəbi yarımçıq tərk edib və rinqdən öncə küçə quldurluğuna başlayıb.
"Böyük Corc" kimi tanınan amerikalı idmanda ən böyük nailiyyətləri qazanıb, 1968-ci ildə Olimpiya qızılını alıb və 21 il fərqlə iki dəfə ağır çəkidə dünya çempionu olub - ikincisi onu 45 yaşında tarixin ən yaşlı çempionu edib.
O, 1974-cü ildə "Cəngəllikdə fırtına" adlı məşhur döyüşündə Məhəmməd Əliyə uduzaraq karyerasında ilk məğlubiyyətini alıb. Bu döyüşdən sonra onların dostluğu başlayıb.
Lakin ümumilikdə o, 68-i nokaut olmaqla, heyrətamiz 76 qələbə ilə öyündü. Bu da Məhəmməd Əlininkindən demək olar ki, ikiqat artıqdır.
Foreman 1997-ci ildə idmançı karyerasını bitirib.
© Copyright 2026, All Rights Reserved