“Sabah”ın qapıçısı Avroliqa matçlarından danışdı
Stas Pokatilov: “Hamımız bu oyuna hazırıq!”
90plus.az xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə Bakıda keçiriləcək görüş öncəsi fikirlərini bölüşüb:
“Yeni mövsüm münasibətilə hər kəsi təbrik edirəm. Rəqib güclüdür, şanslar bərabərdir. Amma hamımız bu oyuna tam hazırıq.”
Azərbaycan Kubokunun qalibi olan komandada öz yerindən də danışan təcrübəli qolkiper yeni baş məşqçinin oyun üslubundan razı qaldığını bildirib:
“Onlarla birlikdə tarix yazdıq, kuboku qazandıq. Yeni baş məşqçimizin istəkləri və oyun fəlsəfəsi məni qane edir. Matçı səbirsizliklə gözləyirəm.”
Xatırlatma: "Sabah - Selye" arasında ilk matç iyulun 10-da Bakıda, cavab görüşü isə iyulun 17-də Sloveniyada olacaq.
© Copyright 2026, All Rights Reserved