Türkiyə liqasında qapıdan qapıya qol vuruldu - GÖRÜNTÜ
Türkiyə Super Liqasının 28-ci turunda "Kasımpaşa" öz meydanında "Kayserispor"u qəbul edib.
90plus.az xəbər verir ki, görüşdə diqqət çəkən məqam meydan sahiblərinin qapıçısı Andreas Yanniótisin vurduğu qol olub. Yunanıstanlı qolkiper uzaq məsafədən etdiyi zərbə ilə fərqlənib. Rəqib qapıçı Bilal Bayazitin səhvindən sonra top birbaşa qapıya daxil olub.
OPTA statistikasına əsasən, Andreas Yanniótis 2014/15 mövsümündən bu yana ən uzaq məsafədən vurulan qola imza atıb. Belə ki, onun "Kayserispor"un qapısından keçirdiyi top 79,9 metr məsafədən vurulub.
Bu qol qarşılaşmanın ən yaddaqalan anı kimi yadda qalıb.
© Copyright 2026, All Rights Reserved