“Zirə” Ankara komandasını uddu
“Zirə” yay təlim-məşq toplanışını davam etdirir. Komanda hazırda Türkiyənin Bolu şəhərindədir və orada ilk yoxlama oyununu keçirib.
90plus.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Ankara Keçiörengücü” ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı klubunun qollarına yeni transferlər — 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibite imza atıb.
Qeyd: "Zirə” hazırlıq prosesinə Bakıda start vermiş və ilk yoxlama oyununda “Qarabağ”a 0:4 hesabı ilə uduzmuşdu. Komanda iyulun 17-dək Türkiyədə qalacaq və bu müddətdə daha üç yoxlama görüşü keçirməyi planlaşdırır. Matçlardan biri 12 iyulda, digər ikisi isə 16 iyulda baş tutacaq. Qarşıdakı rəqiblərin adı isə hələlik açıqlanmayıb.
© Copyright 2026, All Rights Reserved