2026 mundialı: Qatar qiymətləri “od tutub-yanır”
2026 Dünya Çempionatı zamanı Nyu York–MetLife Stadium biletləri 100 dollardan baha olacaq.
90plus.az xəbər verir ki, 2026 Dünya Çempionatı ilə bağlı diqqətçəkən qiymət siyasəti açıqlanıb. Məlumata görə, Nyu Yorkdan Nyu Cersidə yerləşən MetLife Stadiuma gedən qatar biletlərinin qiyməti turnir zamanı 100 dollardan yuxarı olacaq.
Halbuki bu marşrut üzrə adi qiymət təxminən 12,90 dollar təşkil edir. Lakin təşkilatçılar turnir dövrü üçün qiymətlərin kəskin artırılmasına icazə verib.
Bu qərar azarkeşlər arasında ciddi narazılıq doğura bilər, çünki gündəlik nəqliyyat xərcləri turnir zamanı bir neçə dəfə artacaq.
Müqayisə üçün qeyd olunur ki, 2022-ci ildə Qətər Dünya Çempionatında azarkeşlər üçün metro və avtobus xidmətləri tamamilə pulsuz idi.
Beləliklə, 2026 turniri üçün ABŞ-da həm biletlər, həm də ümumi xərclər əvvəlki mundiallarla müqayisədə daha yüksək olacaq.
© Copyright 2026, All Rights Reserved