Qvardiola “Arsenal”la matça belə hazırlaşır
Qvardioladan “Arsenal”la oyun öncəsi qərar – “Mançester Siti”də istirahət rejimi aktiv edildi.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasına “Arsenal”la keçiriləcək həlledici Premyer Liqa oyunundan əvvəl iki tam gün istirahət verib.
Məlumata görə, “şəhərlilər” çərşənbə axşamı və çərşənbə günləri tamamilə istirahətdə olacaqlar. Komanda yalnız bir gün əvvəl yüngül bərpa məşqi üçün bazada olub.
Bu qərar futbolçuların fiziki və mental olaraq vacib oyuna maksimum hazır olmasını təmin etmək məqsədi daşıyır.
Digər tərəfdən, “Arsenal” bu axşam Çempionlar Liqasında “Sportinq”ə qarşı vacib matça çıxacaq və London klubunun sıx qrafiki diqqət çəkir.
Beləliklə, hər iki komanda həlledici həftəyə fərqli hazırlıq rejimi ilə daxil olur və Premyer Liqadakı çempionluq yarışının taleyini müəyyən edəcək qarşılaşma böyük maraq doğurur.
Qeyd: "Mançester Siti" - "Arsenal" oyunu 19 aprel saat 19:30-da baş tutacaq. Turnir cədvəli:
© Copyright 2026, All Rights Reserved