Alkaras 5 saatdan çox çəkən finalda çempion oldu
Roland Qarrosun final qarşılaşmasında dünya reytinqinin ilk iki tennisçisi – Yannik Sinner və Karlos Alkaraz üz-üzə gəlib.
90plus.az xəbər verir ki, möhtəşəm mübarizəyə səhnə olan qarşılaşma 5 set davam edib və nəticədə İspaniyalı raketka ustası Alkaraz 3:2 hesabı ilə qalib gələrək titulun sahibi olub. Bu görüş Roland Qarros tarixinin ən uzun finalı kimi qeydə alınıb – qarşılaşma 5 saat 30 dəqiqə davam edib.
İspaniyalı tennisçi oyuna zəif başlayaraq 0:2 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərərək matçı çevirməyi bacarıb. Bu, Alkarazın “Böyük Dördlük” turnirlərində 0:2 geridən qələbə qazandığı ilk oyundur.
Qeyd: Alkaraz indiyədək 8 dəfə 0:2 geridə olduğu “Slam” matçlarında heç vaxt qalib gəlməmişdi. Bu dəfə isə möhtəşəm dönüş məhz Roland Qarrosun finalında reallaşdı.
5 saat 28 dəqiqə!!! Karlos Alkarasdan çempionluğun gözyaşları:
https://t.me/doxsanplus/103884
© Copyright 2026, All Rights Reserved