Rafinya: “Qızıl Top mənim haqqım idi”
Rafinya “Qızıl Top” mövzusunda özünə haqq qazandırdığını düşünür və mövsüm ərzində göstərdiyi performansın daha yüksək qiymətləndirilməli olduğunu bildirib.
90plus.az xəbər verir ki, 2024/2025 mövsümündə 59 qol töhfəsi (qol + assist) ilə yadda qalan "Barselona" futbolçusu səsvermədə ilk üçlükdən kənarda qalmasına açıq şəkildə etiraz edib.
O deyib: "Məncə, bütün mövsümə baxılsa, mən bu mükafata layiq idim.”
Rafinya hətta öz şəxsi sıralamasını da açıqlayıb. O, komanda yoldaşı Lamin Yamalı ikinci, Pedrini isə üçüncü yerə layiq görüb.
“Mən Lamin Yamalı ikinci, Pedrini üçüncü yerə qoyardım, Dembeleni isə dördüncü.”
Onun bütün turnirlərdə 34 qol və 26 assistlik göstəricisi Barselonaya La Liqanı və Kral Kubokunu qazanmağa, həmçinin Çempionlar Liqasının yarımfinalına yüksəlməyə kömək edib.
© Copyright 2026, All Rights Reserved