Qurban Qurbanov Elvini əsas komandadan göndərdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan sərt qərar gəldi.
90plus.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı müdafiəçi Abbas Hüseynov və əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.
Bu addım futbolçuların nizam-intizam qaydalarını pozması ilə bağlıdır.
Qərar Misli Premyer Liqasının 27-ci turunda keçirilən “Şamaxı” – “Qarabağ” (0:0) oyunundan sonra qəbul olunub.
© Copyright 2026, All Rights Reserved