Arina Sabalenka yarımfinala yüksəldi
Mövsümün ikinci "Qrand Slam" tennis turniri olan "Fransa Açıq"da (Rolan Qarros) qadınlar arasında ilk yarımfinalçılardan biri müəyyənləşib.
90plus.az xəbər verir ki, Paris şəhərində keçirilən yarışın 10-cu günündə baş tutan qadınlar arasında 1/4 final qarşılaşmasında dünya reytinqinin lideri, Belarus təmsilçisi Arina Sabalenka Çinli Qinven Çenqə (8 nömrəli seriya başı) qarşı oynayıb.
Sabalenkadan üstün oyun
Üç dəfə "Qrand Slam" qalibi olan Sabalenka bir saat 57 dəqiqə davam edən oyunda 7-6 və 6-3 hesablı setlərlə rəqibinə heç bir şans verməyib və matçı 2-0 hesabı ilə qazanaraq adını yarımfinala yazdırıb.
Növbəti rəqibini gözləyir
Sabalenka yarımfinalda ukraynalı Elina Svitolina (13 nömrəli seriya başı) ilə polşalı İqa Şvyontek (5 nömrəli seriya başı) arasında keçiriləcək oyunun qalibi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved