Formula 1-də növbəti dayanacaq – İspaniya Qran-Prisi
Formula 1 üzrə dünya çempionatında həyəcan bu həftəsonu keçiriləcək İspaniya Qran-Prisi ilə davam edəcək.
90plus.az xəbər verir ki, mövsümün 9-cu yarışı Barselona-Katalunya trasında baş tutacaq. Uzunluğu 4657 metr olan trasda pilotlar ümumilikdə 66 dövrə vuracaqlar. Yarışın sıralama turları 31 may şənbə günü, Bakı vaxtı ilə saat 18:00-da, əsas yarış isə 1 iyun bazar günü saat 17:00-da start götürəcək.
Keçən mövsümdə bu trasda qələbəni niderlandlı pilot Maks Ferstappen qazanmışdı. Eyni zamanda, həmin yarışda ən sürətli dövrəni də 1:16.330 göstəricisi ilə məhz o gerçəkləşdirmişdi.
8 yarışdan sonra vəziyyət
Cari mövsümdə geridə qalan 8 yarışda avstraliyalı pilot Oskar Piastri 4 dəfə qələbə qazanıb. Maks Ferstappen və Lando Norris isə hərəyə 2 dəfə birinci olublar.
Pilotlar reytinqi – ilk 5
Oskar Piastri ("Avstraliya") – 161 xal
Lando Norris ("Böyük Britaniya") – 158 xal
Maks Ferstappen ("Hollandiya") – 136 xal
Corc Rassell ("Böyük Britaniya") – 99 xal
Şarl Lekler ("Monako") – 79 xal
Komandalar reytinqi – ilk 5
"MakLaren" – 319 xal
"Mersedes" – 147 xal
"Red Bull" – 143 xal
"Ferrari" – 142 xal
"Uilyams" – 54 xal
© Copyright 2026, All Rights Reserved