İspaniya Qran-Prisinin poul mövqeyi Piastrinindir
Formula 1 Dünya Çempionatında 2025 mövsümünün 9-cu mərhələsi olan İspaniya Qran-Prisi öncəsi sıralama turları başa çatıb. “MakLaren Mercedes” komandasının avstraliyalı pilotu Oskar Piastri poul mövqeyini (ilk sıranı) qazanıb.
90plus.az xəbər verir ki, Kataloniya muxtar bölgəsində yerləşən və 4.6 km uzunluğunda olan Barselona-Kataloniya trasında keçiriləcək yarışda Piastri 1 dəqiqə 11.546 saniyəlik nəticə ilə birinci olub və sabahkı yarışa lider kimi başlayacaq.
Piastrinin komanda yoldaşı, britaniyalı pilot Lando Norris ikinci, “Red Bull Reysinq”in hollandiyalı ulduzu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıb.
Mövsümün ilk 8 yarışından sonra ümumi xallar cədvəlində də liderlik Piastriyə məxsusdur. Hazırda o, 161 xalla birinci sırada qərarlaşıb. Onu 158 xalla Norris və 136 xalla Ferstappen izləyir.
İspaniya Qran-Prisi sabah saat 17:00-da start götürəcək. Yarış 66 dövrə (tur) üzərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved