Karlos Alkaraz Fransada finala yüksəldi
İspan tennisçi Karlos Alkaraz yarımfinalda italiyalı Lorenzo Musettiyə qalib gələrək "Roland Qarros"da finala yüksəldi.
90plus.az xəbər verir ki, Fransa Açıq Turniri - "Roland Qarros"da bu gün yarımfinal matçları baş tutur. İlk matçda ispan 2-ci sırada olan Karlos Alkaraz ilə 8-ci seriyabaşı italyan Lorenzo Musetti münasibətlərinə aydınlıq gətiriblər. Görüş 2 saat 25 dəqiqə ərzində baş tutub. İlk seti Lorenzo 6-4 qalib gəlsə də, ikinci setdə taybrekdə Alkaraz 7-6 hesablı qələbəyə sevinib. 3-cü setdə Alkaraz rəqibinə heç bir şans verməyib - 6-0. 4-cü setdə isə hesab 2-0 Alkarazın xeyrinə olarkən Musetti zədə səbəbilə oyundan ayrılıb və Alkaraz finala çıxıb.
Lorenzo Musetti
Digər finalçı isə bu gün baş tutacaq 1-ci seriyabaşı italyan Zinner ilə 7-ci seriyabaşı, tennisin əfsanəsi serb Novak Cokoviç matçında bilinəcək.
Karlos Alkaraz
© Copyright 2026, All Rights Reserved