Koko Qauff “Roland Qarros”da ilk "Qrand slam" titulunu qazandı
Sezonun ikinci grand slam turnuvası olan “Fransa Açıq”da (“Roland Qarros”) qadınlar təkində final oyunu böyük maraqla keçirildi.
90plus.az xəbər verir ki, dünya sıralamasının 1 nömrəsi, belaruslu Arina Sabalenka ilə 2-ci sıradakı amerikalı Koko Qauff qarşılaşdı.
Final matçında Sabalenka və Qauff arasında gərgin mübarizə oldu. İlk setdə hər iki oyunçu bir-birinin servisini qırdı və set taybrekdə 7-6 hesabı ilə Sabalenka üstün oldu.
İkinci setdə üstünlük Qauffun tərəfində idi və 6-2 hesabı ilə bu seti qazandı, oyunun nəticəsini bərabərləşdirdi.
Son və qərar setində isə üstünlük yenə KoKo Qauffda idi. 6-4 hesabı ilə bitən son setlə birlikdə, 21 yaşlı amerikalı tennisçi iki saat 38 dəqiqə davam edən qarşılaşmanı 2-1 qələbə ilə başa vuraraq, karyerasında ilk dəfə “Roland Qarros”da, ümumilikdə isə ikinci "Qrand slam" turnirində çempion oldu.
© Copyright 2026, All Rights Reserved