“Milan” Rafael Leaonu satmağa hazırdır
“Diario Sport”un məlumatına görə, “Milan” bu yay ulduz hücumçusu Rafael Leaonu satmağa açıqdır.
90plus.az xəbər verir ki, Leau əvvəllər toxunulmaz hesab olunsa da, baş məşqçi Massimiliano Alleqri ilə gərgin münasibətləri və qeyri-sabit çıxışlarına görə artıq “satıla bilən” futbolçuya çevrilib.
“Rossoneri” maaş yükünü azaltmaq üçün portuqaliyalı ulduzdan pul qazanmaq qərarına gəlib və onun qiymətini 50 milyon avroya qədər endirib.
Səudiyyə Ərəbistanı Pro Liqasından maraq olsa da, Leau Avropada qalmağı üstün tutur və xüsusilə “Barselona”ya keçmək istəyir.
26 yaşlı futbolçu bu yaxınlarda “El Klasiko”da əfsanə Ronaldinyonun şəklini paylaşaraq braziliyalını “ən yaxşı” adlandırmaqla “Barsa”ya simpatiyasını da göstərib.
Leaonun mümkün gedişi “Barselona”nın yeni cinah hücumçusu axtarışına uyğun gəlir, çünki Markus Raşfordun transferinin daimi olub-olmayacağı hələ də qeyri-müəyyəndir.
“Barselona” daha əvvəl də Leau ilə maraqlanıb və klubun yenidən seçilən prezidenti Joan Laporta onun istedadının böyük pərəstişkarıdır.
Bundan əlavə, “Barselona” ilə Leauyun agenti Xorxe Mendeş arasında da yaxşı münasibətlər mövcuddur.
© Copyright 2026, All Rights Reserved