Pedri: “Bu kədər sevincə çevrilməlidir”
Pedridən emosional açıqlama: “Bu məğlubiyyət gələcək uğurların başlanğıcı olmalıdır”.
90plus.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Pedri komandasının Çempionlar Liqasından kənarda qalmasından sonra X platformasında açıqlama verib.
İspaniyalı futbolçu məğlubiyyətin komanda üçün dərs olmalı olduğunu vurğulayıb:
“Bu kədər gələcəkdə sevincə çevrilməlidir. Söhbət bu uğursuzluqdan nəticə çıxarmaqdan, nələri yaxşılaşdıra biləcəyimizi anlamaqdan gedir.
Bu, gələcək üçün bir güc olmalıdır, qarşıdakı illərdə Çempionlar Liqasını yenidən qazanmaq üçün.”
Pedri “Barselona”nın bu uğursuzluqdan düzgün nəticə çıxararaq daha güclü qayıdacağına inandığını bildirib. Klubun əsas hədəfi isə növbəti mövsümlərdə yenidən Avropanın zirvəsinə yüksəlməkdir.
© Copyright 2026, All Rights Reserved