top of page

Millimizin baş məşqçisi postuna Xetaq Qazyumov gətrilib


Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.


90plus.az xəbər verir ki, AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirir və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayır.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib.

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib. Qeyd edək ki, AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

0 comments
bottom of page