top of page

"Neftçi" Sloveniyada məşqlərə başlayıb


"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. "Neftçi"nin səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək. "Neftçi" toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Klub iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Qeyd edək ki, "Neftçi" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

0 comments

Recent Posts

See All
bottom of page