top of page

“Qarabağ”ın Belçikaya səfər planı

Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində “Gent”lə cavab görüşünü Belçikada keçirəcək “Qarabağ”ın səfər planı müəyyənləşib. 


90plus.az yerli mətbuata əsasən xəbər verir ki, Ağdam təmsilçisi fevralın 21-i saat 17:00-da Bakıdan yola düşəcək. 


Ayın 21-də yerli vaxtla 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan yarım saat sonra komandanın son məşqi (ilk 15 dəqiqəsi mətbuata açıq) keçiriləcək.


“Gent”lə matç fevralın 23-də Bakı vaxtı ilə 00:00-da "Qelamko" stadionunda keçiriləcək. Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

0 comments
bottom of page