Avropa Liqası: Yarımfinal adları bilindi
Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları başa çatıb və yarımfinala yüksələn komandalar bəlli olub. Turnirin son dördlüyündə “Nottinqem Forest”, “Braqa”, “Frayburq” və “Aston Villa” yer alıb.
İngiltərə təmsilçisi “Nottinqem Forest” doğma meydanda “Porto” üzərində 1:0 hesablı qələbə qazanaraq (ümumi hesab 2:1) yarımfinala vəsiqə əldə edib.
Portuqaliya klubu “Braqa” səfərdə “Betis” üzərində 4:2 hesablı qələbə qazanaraq (ümumi hesab 5:3) növbəti mərhələyə yüksəlib.
“Aston Villa” isə “Bolonya”ya qarşı inamlı oyun nümayiş etdirərək 4:0 hesabı ilə qalib gəlib və ümumi hesabda 7:1 üstünlüklə yarımfinala adlayıb.
Turnirin digər yarımfinalçısı daha erkən yekunlaşan matçda Almaniya təmsilçisi “Frayburq” olub.
Yarımfinal cütlükləri
“Aston Villa” – “Nottinqem Forest” (İngiltərə dueli)
“Frayburq” – “Braqa” (Almaniya – Portuqaliya dueli)
Yarımfinal oyunları 30 aprel və 7 may tarixlərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved