Konfrans Liqası: Yarımfinal adları bilindi
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları başa çatıb və yarımfinala vəsiqə qazanan komandalar bəlli olub. Turnirin son dördlüyündə “Rayo Vayekano”, “Kristal Pelas”, “Şaxtyor Donetsk” və “Strasbur” yer alıb.
İspaniya təmsilçisi “Rayo Vayekano” səfərdə AEK Afina üzərində 1:3 hesabı ilə məğlub olsa da, ilk oyundakı üstünlüyü sayəsində (ümumi hesab 4:3) mərhələ adlayıb.
İngiltərə klubu “Kristal Pelas” isə “Fiorentina”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda (4:2) üstün olaraq növbəti mərhələyə yüksəlib.
Fransa təmsilçisi “Strasbur” doğma meydanda “Maynts” üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq yarımfinala yüksəlib (ümumi hesab 4:2).
Turnirin digər yarımfinalçısı isə daha erkən yekunlaşan matçda “Şaxtyor Donetsk” olub.
Arda Turan tarix yazdı
Türkiyəli mütəxəssis Arda Turan məşqçilik karyerasında ilk dəfə UEFA turnirinin yarımfinalında komanda çalışdıracaq. Onun rəhbərlik etdiyi “Şaxtyor Donetsk” bu mərhələdə İngiltərənin “Kristal Pelas” klubu ilə üz-üzə gələcək.
Yarımfinal cütləri
“Şaxtyor Donetsk” – “Kristal Pelas” (Ukrayna – İngiltərə)
“Rayo Vayekano” – “Strasbur” (İspaniya – Fransa)
Yarımfinal oyunları 30 aprel və 7 may tarixlərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved