Roland Qarros 2025: İqa Şvyontek 1/4 finalda
Sezonun ikinci "Böyük Dəbilqə" turniri olan "Fransa Açıq"da (Roland Qarros) qadınlar arasında dünya reytinqində ikinci yerdə olan Polşalı tennisçi İqa Şvyontek keçmiş "Uimbldon" çempionu Yelena Rıbakinanı 1-6, 6-3 və 7-5 hesablı setlərlə məğlub edərək 1/4 finala yüksəldi.
90plus.az xəbər verir ki, Paris şəhərində keçirilən turnirin səkkizinci günündə baş tutan bu qarşılaşmada Şvyontek ilk seti uduzmasına baxmayaraq, sonrakı setlərdə üstün oyun nümayiş etdirərək qələbə qazandı.
Digər tərəfdə, Ukraynalı tennisçi Elina Svitolina İtaliyanın 4 nömrəli seriya başı olan Cazmin Paoliniyə qarşı 4-6, 7-6 və 6-1 hesablı setlərlə qalib gələrək 1/4 finala adını yazdırdı.
İqa Şvyontek bu qələbə ilə Roland Qarros turnirində növbəti mərhələyə yüksələrək, beşinci "Böyük Dəbilqə" titulunu qazanmaq yolunda irəliləyir.
© Copyright 2026, All Rights Reserved