"Roland Qarros"da finalın adı: Alkaraz – Sinner
Sezonun ikinci "Qrand Slam" tennis turniri olan Fransa Açıqda (Roland Qarros) kişilər arasında dünyanın bir nömrəli tennisçisi Yannik Sinner tarixi uğura imza atıb.
90plus.az xəbər verir ki, turnirin 13-cü günündə keçirilən yarımfinal görüşündə İtaliyanın yüksələn ulduzu Yannik Sinner 24 "Qrand Slam" titulu olan serbiyalı Novak Cokoviçi 3-0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Üç saat 16 dəqiqə davam edən qarşılaşmada Sinner rəqibini 6-4, 7-5 və 7-6 hesablı setlərlə üstələyib. Bu qələbə ilə 22 yaşlı tennisçi karyerasında ilk dəfə "Roland Qarros" finalına adlayıb və finalda ispan Karlos Alkaraz ilə qarşılaşacaq.
Sezonun ən çox gözlənilən oyunlarından biri hesab olunan Sinner – Alkaraz finalı 8 iyun bazar günü baş tutacaq.
© Copyright 2026, All Rights Reserved