“Roma Açıq” turnirində çempion Jasmin Paolini oldu

İtaliyanın paytaxtı Romada yerləşən “Foro İtaliko” kompleksində təşkil olunan “Roma Açıq” tennis turnirində qadınların final qarşılaşması baş tutub.
90plus.az xəbər verir ki, mərkəzi Kortda keçirilən və 1 saat 30 dəqiqə davam edən həlledici oyunda 6 nömrəli seriya başı, italiyalı Jasmin Paolini 4-cü seriya başı olan amerikalı Koko Qauffu 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Birinci seti 6:4 hesabı ilə qazanan Paolini, ikinci setdə də üstünlüyünü davam etdirərək 6:2 hesablı qələbə ilə matçı tamamlayıb və “Roma Açıq” turnirində ilk dəfə çempion titulunu qazanıb.
Bu qələbə ilə Jasmin Paolini 40 ildən sonra turnirdə qadınlar kateqoriyasında zirvəyə yüksələn ilk italiyalı tennisçi olub. Sonuncu dəfə 1985-ci ildə Raffaella Racçi bu turnirdə çempion olmuşdu.
Final görüşündə 11 ildən sonra bir italiyalı qadın tennisçinin mübarizə aparması səbəbilə İtaliya Prezidenti Sercio Mattarella da oyunu tribunadan izləyib.
Çempion Jasmin Paolini və ona dəstək verən tamaşaçılar görüş sonunda böyük sevinc yaşayıblar.
Qeyd: “Roma Açıq” turniri sabah keçiriləcək kişilər arasında final qarşılaşması ilə başa çatacaq. Bu oyunda dünya reytinqinin lideri italiyalı Yannick Sinner ilə 3 nömrəli seriya başı ispaniyalı Karlos Alkaras üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved