Rafinya jestinə görə “Atletiko” fanatlarından üzr istədi
Rafinya “Atletiko Madrid” azarkeşlərindən üzr istədi.
90plus.az xəbər verir ki, “Barselona”nın braziliyalı futbolçusu Rafinya Çempionlar Liqasında “Atletiko Madrid”ə qarşı oyundan sonra etdiyi jestə görə üzr istəyib.
Futbolçu “DAZN Futbol”un yayımladığı eksklüziv görüntülərdə “Atletiko Madrid” azarkeşlərinə tərəf yönələrək “Siz növbəti mərhələdə evə gedirsiniz” ifadəsini işlətmişdi.
Daha sonra Rafinya həmin hərəkətinə görə peşman olduğunu bildirib və sosial şəbəkədə açıqlama yayıb:
“Etdiyim jestə görə üzr istəyirəm — bu, mənim dəyərlərimə və xarakterimə uyğun deyil. Bu, gərgin bir anda, dünən gecə mənə hörmətsizlik edən bir azarkeşə cavab olaraq baş verdi.”
Qeyd: Hadisə “Barselona”nın Çempionlar Liqasından kənarlaşmasından sonra yaşanıb və geniş müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved