Harri Maquayr cəza aldı: pul və 1 oyundan
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr cəzalandırılıb.
90plus.az xəbər verir ki, 33 yaşlı futbolçuya bir oyunluq diskvalifikasiya və 30 min funt sterlinq məbləğində cərimə tətbiq olunub. Bu barədə qərar İngiltərə Futbol Assosiasiyası tərəfindən verilib.
Bildirilib ki, Maquayr mart ayında “Bornmut”a qarşı keçirilən oyunda qırmızı vərəqə aldıqdan sonra qeyri-düzgün davranış sərgilədiyinə görə ittiham olunub. Müdafiəçinin dördüncü hakimə qarşı təhqiramiz və kobud ifadələr işlətdiyi qeyd edilib.
Bu səbəbdən təcrübəli futbolçu “Mançester Yunayted”in növbəti Premyer Liqa turunda şənbə günü “Çelsi”yə qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.
© Copyright 2026, All Rights Reserved