2030 Dünya Çempionatında 64 komanda ola bilər
FIFA 2030 Dünya Çempionatını 64 komandaya çatdırmağı müzakirə edir.
90plus.az xəbər verir ki, FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatının formatında radikal dəyişiklik edə bilər. Məlumata görə, qurum turnirin birdəfəlik olaraq 64 komanda ilə təşkil olunması variantını ciddi şəkildə nəzərdən keçirir.
ESPN nəşrinin yaydığı xəbərə əsasən, hazırda məsələ daxili müzakirə mərhələsindədir və təklif getdikcə daha çox dəstək qazanır. Bununla belə, təqvim sıxlığı və futbolçuların fiziki yüklənməsi ilə bağlı narahatlıqlar da mövcuddur.
Qeyd olunur ki, 2030-cu ildə keçiriləcək turnir ilk dünya çempionatının 100 illik yubileyinə təsadüf edəcək. Məhz bu səbəbdən turnirin daha genişmiqyaslı keçirilməsi ideyası gündəmə gəlib.
Hələlik yekun qərar qəbul edilməyib və müzakirələrin davam etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved