Mingəçevirdə futbolçular məşqi boykot etdilər
“Mingəçevir”də gərgin vəziyyət: futbolçular məşqi boykot etdi.
90plus.az xəbər verir ki, I Liqada mübarizə aparan və Premyer Liqaya yüksəlmək uğrunda iddiasını davam etdirən “Mingəçevir” klubunda ciddi problemlər üzə çıxıb.
Komandada yaranmış maliyyə çətinlikləri artıq açıq böhran mərhələsinə keçib. Məlumata görə, futbolçular uzun müddətdir maaşlarını ala bilmədikləri üçün bu gün məşqə çıxmaqdan imtina ediblər. Bildirilir ki, oyunçulara təxminən üç aydır ödəniş edilmir.
Problemlər bununla da bitmir. Klubun müxtəlif istiqamətlər üzrə borclarının toplandığı qeyd olunur. Otellərə, digər xidmət sahələrinə, eləcə də inzibati heyətə olan öhdəliklərin yerinə yetirilmədiyi iddia edilir.
Rəhbərlik səviyyəsində də qeyri-müəyyənlik hökm sürür. Klub prezidenti Rafael Bünyatovun komandanın fəaliyyətində aktiv iştirak etmədiyi, hətta matçlara qatılmadığı bildirilir.
Mövcud vəziyyət “Mingəçevir”in mövsümün həlledici mərhələsindəki hədəflərini ciddi sual altına salır.
© Copyright 2026, All Rights Reserved