Çempionluq əldən gedir, Mbappe tətildə
"Real Madrid"də narazılıq: Kilian Mbappenin davranışı tənqid olunur.
90plus.az xəbər verir ki, “Real Madrid”in paltardəyişmə otağında Kilian Mbappenin davranışı ilə bağlı narazılıqlar yaranıb.
Mənbə olaraq El Mundo nəşri bildirir ki, komandanın bəzi futbolçuları fransalı ulduzun hərəkətlərini qeyri-peşəkar hesab edir. Xüsusilə onun mövsüm hələ davam etdiyi halda sevgilisi ilə birlikdə İtaliyaya tətilə getməsi komanda daxilində anlaşılmazlıqla qarşılanıb.
Məlumata görə, bir sıra oyunçular Mbappenin bu addımını qəbul etmir və onun davranışını başa düşməkdə çətinlik çəkir. Bu vəziyyətin “kral klubu”nun daxilində müəyyən gərginlik yaratdığı qeyd olunur.
Hazırda klub tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin xəbərin doğru olduğu halda, bu durumun komanda daxilində münasibətlərə təsir göstərə biləcəyi istisna edilmir.
© Copyright 2026, All Rights Reserved