“Real Madrid” Zidana yetişmədi
“Real Madrid” Zidanı istədi, amma gec qaldı – fransız məşqçi yığmanı seçdi.
90plus.az xəbər verir ki, "Real Madrid" 2025-ci ilin dekabr ayında baş məşqçi postu üçün Zinedin Zidan ilə birbaşa əlaqə saxlayıb.
Klub rəhbərliyi Xabi Alonsonu əvəzləmək variantı kimi məhz Zidanı nəzərdən keçirib. Lakin bu cəhd uğursuz alınıb.
Diario AS-a görə, “kral klubu”nun təklifi çox gec gəlib. Belə ki, fransız mütəxəssis artıq Fransa millisi ilə bağlı qərarını vermiş və sözünü verib.
Gözlənilir ki, Didye Deşam dünya kubokundan sonra postundan ayrıldıqdan sonra Zidan Fransa millisinin baş məşqçisi olacaq.
© Copyright 2026, All Rights Reserved