Pulişiç: “Man Yunayted” üçün ucuz və keyfiyyətli
“Mançester Yunayted” Pulişiçi transfer etmək istəyir – siyahıda ilk sıralara yüksəlib.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" yay transfer pəncərəsi üçün planlarını sürətləndirib və əsas hədəflərdən biri kimi Kristian Pulişiç ön plana çıxıb.
Hazırda "Milan"ın formasını geyinən cinah oyunçusu “qırmızı şeytanlar”ın transfer siyahısında yuxarı pillələrə yüksəlir. Klub daxilində Pulişiçin çoxyönlü olması və Premyer Liqa təcrübəsi əsas üstünlüklər kimi qiymətləndirilir.
TEAMtalk-un məlumatına görə, amerikalı futbolçu həm də münasib qiymətə transfer edilə biləcək oyunçu hesab olunur. Belə ki, onun “Milan”la müqaviləsinin bitməsinə cəmi bir il qalıb. Klubun müqaviləni uzatmaq imkanı olsa da, tərəflər arasında yeni anlaşma ilə bağlı aktiv danışıqlar aparılmır.
Qeyd: Bu vəziyyət “Mançester Yunayted” üçün fürsət yaradır və klub yayda Pulisiçi sərfəli şərtlərlə heyətinə qata bilər.
© Copyright 2026, All Rights Reserved