ABŞ Qran Prisini o qazandı
90plus.az xəbər verir ki, “Formula 1” Dünya Çempionatının ABŞ Qran Prisində baş tutan sprint yarışının qalibi “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen olub.
Amerika Birləşmiş Ştatlarının Texas ştatının paytaxtı Ostində yerləşən 5,513 kilometrlik “Amerika Pisti”ndə keçirilən sprint yarışında Maks Ferstappen 37 dəqiqə 58.229 saniyəlik nəticə ilə damalı bayrağı ilk görən pilot olub və əlavə 8 xal qazanıb.
“Mersedes” pilotu britaniyalı Corc Rassell finişə 0.395 saniyə gec çataraq ikinci, “Uilyams” komandasının ispaniyalı pilotu Karlos Sayns isə 0.791 saniyə fərqlə üçüncü yeri tutub.
Qran Prinin sıralama turu sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq, əsas yarış isə həmin gün saat 22:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved