“Arsenal” və “Atletiko”nun ortaq “lənəti”
“Arsenal” və “Atletiko Madrid” avrokuboklar tarixində ən çox oyun keçirib, amma heç vaxt kuboku qazana bilməyən iki komandadır.
90plus.az xəbər verir ki, London təmsilçisi 223 oyuna çıxıb, Madrid klubu isə 190 oyunda iştirak edib — və hər ikisi hələ də titul qazana bilməyib.
Bu statistika hər iki klubun nüfuzu və ambisiyaları ilə kəskin ziddiyyət təşkil edir. “Arsenal” uzun illər Avropa turnirlərində sabitliyin simvolu olub, “Atletiko Madrid” isə bir neçə dəfə finala qədər irəliləyib, lakin hər dəfə hədəfə çatmağa az qalıb.
Hər iki komanda bu göstəricini artırmağa davam edir: hər yeni oyun həm tarix yazmaq üçün fürsət, həm də onları turnirin ən məşhur, lakin titulsuz nəhəngləri kimi yadda saxlamaq riskidir.
İndi onlar Çempionlar Liqasının yarımfinalında rəqibdir. Kim bilir, bəlkə iki klubdan birində tilsim qırıldı?!
© Copyright 2026, All Rights Reserved