“Çelsi” Entoni Qordonu istəyir
“Çelsi” “Nyukasl”dan Entoni Qordonu transfer etmək istəyir.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında transfer gündəmi yenidən hərəkətlənib. Çelsi klubu Entoni Qordon üçün maraq göstərir.
London təmsilçisi hazırda "Nyukasl Yunayted" klubunda çıxış edən cinah futbolçusunun transferini ciddi şəkildə nəzərdən keçirir.
Plan Çempionlar Liqasından asılı deyil
Məlumata görə, mümkün transfer “Çelsi”nin növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayacaq. Klub rəhbərliyi Entoni Qordon üçün danışıqları nəticədən asılı olmayaraq davam etdirməyi planlaşdırır.
Marağın səbəbi
Entoni Qordon son mövsümlərdə həm klub səviyyəsində, həm də İngiltərə millisində göstərdiyi performansla diqqət mərkəzinə düşüb və bir neçə TOP-klubun transfer siyahısına daxil edilib.
Entoni Qordon bu mövsüm təkcə Çempipnıar Liqasında 12 oyuna 10 qol, 1 məhsuldar ötürmə ilə imzasını atıb.
© Copyright 2026, All Rights Reserved